İyun 22, 2025-0:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

2023:11:22 - 15:47
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 8 KOB subyektinə onları innovativ layihələrindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən “Startap” şəhadətnaməsi verilib.

“Report”un KOBİA-ya istinadən verdiyi məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 118-ə çatıb.

“Startap” şəhadətnamələri “Smartpost” MMC-nin ağıllı poçt qutularının istehsalı və istismarı, fiziki şəxs Davud İbrahimlinin onlayn mağazası (marketpleys), “Snackpack” MMC-nin “Axşam bazarı” mobil tətbiqi, “Helind Enerji” MMC-nin telemetrik və enerji sistemləri üçün data loqer cihazının istehsalı və satışı, “Vvegros Azerbaijan” MMC-nin icma əsaslı onlayn alış-veriş platforması, fiziki şəxs Malik Sultanovun kənd təsərrüfatı üçün torpaqda nəm tutucu materialın istehsalı və satışı, “Bonpara” MMC-nin maddi dəstək və abunə haqlarının (ödənişlərin) toplanılması funksiyalı e-ticarət platforması və “Puzzle Tech” MMC-nin tələbələr üçün endirim platforması layihələri üçün təqdim edilib.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlar barədə ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: https://bit.ly/3dETJqw

Əvvəlki Yazı

AYNA yük daşımaları üçün icazənin alınmasına dair təlimat paylaşıb

Növbəti Yazı

Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən müfəttişin istintaqı yekunlaşıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.