İyun 13, 2025-19:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda səhra və yarımsəhra bitkilərinin bioekoloji xüsusiyyətləri araşdırılır

2023:11:22 - 12:44
in SOSİAL
A A

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Botanika və bitki fiziologiyası kafedrasının müəllimi, biologiya üzrə fəlsəfə doktoru Vazeh Baxşıyev tərəfindən “Azərbaycan ərazisində yayılmış səhra və yarımsəhra bitkilik tipinin bioekoloji xüsusiyyətləri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

V.Baxşıyev ölkə ərazisinin böyük hissəsini əhatə edən Kür-Araz ovalığında səhra və yarımsəhra bitki örtüyü haqqında geniş məlumat verib. Qeyd edilib ki, İstər Azərbaycanda, istərsə də dünyada (xüsusilə də Turan ovalığının səhralarında) səhra landşaftının formalaşmasında əsas rol oynayan tərəçiçəkkimilər (Chenopodiaceae Vent.) fəsiləsinin nümayəndələridir.

Məruzəçi regionda qış otlaqlarının geniş yayıldığını bildirib. Qeyd edib ki, şoran səhralarda geniş yayılmış budaqlı qışotu, duzlaq çoğanı, çərən, gəngiz, ağ yovşan, qarağan və s. bitkilər payızın sonu, qış aylarında (şaxtalar düşdükdən sonra) xırdabuynuzlu heyvanlar tərəfindən yaxşı yeyilir. V.Baxşıyev məhsuldarlığı yüksəltmək və onlardan səmərəli istifadə yollarını tapmaq üçün təbii otlaq və biçənəklərin bitki örtüyünün vaxtaşırı öyrənilməsinin, botaniki tərkibini keyfiyyətli yem otları ilə zənginləşdirməyin aktual olduğunu bildirib.

Sonra iştirakçıların sualları cavablandırılıb.

Əvvəlki Yazı

Növbəti Yazı

AMEA-nın əməkdaşları “Vikipediya”da məqalələrin yaradılmasında fəal iştirak edirlər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.