İyul 1, 2025-21:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə ödənişlərə başlanılıb

2023:11:17 - 14:52
in SOSİAL
A A

Azərbaycanda vəhşi heyvanların hücumu nəticəsində dəyən zərərə görə fermerlərə ödənişlərin verilməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Aqrar Sığorta Fondunun məlumatına görə, indiyədək sığortalanan təsərrüfatlarda vəhşi heyvanların hücumu nəticəsində 14 hadisə qeydə alınıb. Vəhşi heyvanların hücumları Hacıqabul, Zəngilan və Laçın rayonlarındakı təsərrüfatlarda baş verib. Bəzi hadisələrə görə ödənişlər edilib, digər hadisələr üzrə ödənişlərin həyata keçirilməsi üçün zəruri sənədlər toplanılır.

Qaydalara görə, aqrar sığorta südlük və ətlik mal-qaranı, eləcə də xırdabuynuzlu heyvanları əhatə edir. Sığorta tarifi fermerin seçdiyi sığorta zərfindən asılı olaraq 6,1-9,5 faiz arasında dəyişir. Sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlət ödəyir. Nəticədə, məsələn, qiyməti 2000 manat olan mal-qaranın ümumi sığorta haqqı 122-190 manat arasında dəyişir. Fermer isə bu məbləğin yalnız 50 faizini ödəyərək təsərrüfatını sığorta edə bilər. Məsələn, qiyməti 300 manat olan qoyunu sığorta etmək üçün ümumi sığorta haqqı 18-28 manat, fermerin ödədiyi məbləğ 9-14 manat təşkil edir.

Qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı heyvanlarının tələf olması üzrə fermer və təsərrüfatlara, ümumilikdə, 624 min manat sığorta ödənişi həyata keçirilib. Kənd təsərrüfatı heyvanlarının sığorta şərtləri və sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsi (www.asf.gov.az/heyvandarliq) və Heyvandarlıq kalkulyatoru vasitəsilə almaq mümkündür.

Əvvəlki Yazı

Şahin Bağırov Şirvanda vətəndaşları qəbul edəcək

Növbəti Yazı

Heydər Əliyev irsi dünya arenasında” – elmi konfrans

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.