May 18, 2025-13:56
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycanın dağ-mədən sənayesi ölkənin iqtisadiyyatının diversifikasiyasına və inkişafına böyük potensial təşkil edir

2023:10:27 - 10:47
in İQTİSADİYYAT
A A

“Azərbaycanın dağ-mədən sənayesi ölkənin iqtisadiyyatında əhəmiyyətli bir sahədir və son dövrlərdə artan templə inkişaf edir. Dağ-mədən sənayesi ölkənin mineral xammal ehtiyatlarından istifadə etməklə ölkənin iqtisadiyyatının diversifikasiyasına töhfə verir”.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumunda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son illərdə iqtisadiyyatın dinamik inkişafı ilə əlaqədar xammala tələbatı ödəmək məqsədilə geoloji axtarış və geoloji kəşfiyyat işlərinin miqyası genişlənib. Həmçinin bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və dağ-mədən sənayesinin inkişafı istiqamətlərində mühüm işlər görülməkdədir.

“Bu sahənin inkişafı ölkə başçısı tərəfindən təsdiq edilmiş bir sıra mühüm inkişaf strategiyalarında əks olunub. Regionların sosial-iqtisadi inkişafı üzrə qəbul edilmiş dövlət proqramları çərçivəsində əsas diqqət sənaye xammalı, inşaat materialları yataqlarının axtarışına yönəldilib ki, bunun nəticəsində yeni yataqlar aşkarlanıb və ölkənin mineral xammal bazası genişləndirilib.

2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında faydalı qazıntı hasilatında müasir texnologiyalardan istifadənin stimullaşdırılması və istismarı bitmiş faydalı qazıntı yataqları ərazilərinin rekultivasiyası əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib”.

F.Mütəllimov bildirib ki, hazırda mineral xammal bazasının qorunması, qanunvericiliyin tələblərinə, norma və standartlara əməl olunması, təhlükəsizliyin və şəffaflığın təmin edilməsi, ətraf mühitin mühafizəsinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Şöbə müdiri, həmçinin Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Geologiya və Mədənçilik Forumunun ölkəmizin dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası, yeni texnologiyaların tətbiqi və işğaldan azad olunmuş ərazilər daxil olmaqla, dağ-mədən sənayesi üzrə xarici investisiyaların artmasında olduqca əhəmiyyətli olacağını vurğulayıb.

 

Əvvəlki Yazı

Baş Prokurorluq Göyçayda konfrans keçirəcək

Növbəti Yazı

Hindistan Ermənistana bir partiya silah və sursat tədarükü imkanını nəzərdən keçirir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.