May 9, 2025-13:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Azərtütün” ASC-nin emal məntəqələri indiyədək fermerlərdən 6 min tondan çox yaş tütün qəbul edib

2023:10:10 - 14:04
in İQTİSADİYYAT
A A

Respublikamızın şimal-qərb bölgəsi rayonlarının “Azərtütün” ASC ilə müqaviləsi olan tütünçülük təsərrüfatlarında yaş tütün yarpağının dərimi davam edir. Mövsümün əvvəlindən indiyədək cəmiyyətin Balakən, Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 6 min 122 ton yaşıl tütün kütləsi daxil olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Səhmdar Cəmiyyətdən məlumat verilib.

ASC-dən bildirilib ki, builki mövsümdə cəmiyyət tərəfindən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 620,1 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib. Bunun 62,7 hektarı şirkətin özünə aid, 557,4 hektarı isə fermerlərə məxsus sahələrdir. Tütün istehsalı ilə əlaqədar cəmiyyət tərəfindən bu rayonlarda 77 fermerlə müqavilə bağlanıb.

Bu günədək emal məntəqələri Şəki rayonu üzrə istehsalçılardan 2936 ton, Qax rayonu üzrə 1152,4 ton, Zaqatala rayonu üzrə 983,3 ton, Balakən rayonu üzrə 769,2 ton, Oğuz rayonu üzrə isə 281 ton yaşıl tütün kütləsi qəbul edib. Eyni zamanda, indiyədək emal məntəqələrində yaşıl tütün kütləsindən 366,2 quru tütün istehsal olunaraq anbarlara yığılıb.

Əvvəlki Yazı

Türk Dövlətləri Təşkilatının Türk Abidə Menecerləri Şəbəkəsinin təsis edilməsi ilə bağlı Bakı Bəyannaməsi imzalanıb

Növbəti Yazı

BMT İsrail və Fələstinliləri humanitar qanunlara hörmət etməyə çağırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.