İyun 23, 2025-23:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azər Badamovun Rusiyaya buraxılmaması ilə bağlı Moskva izahat verməlidir – RƏY

2025:05:06 - 10:14
in SİYASƏT
A A

Milli Məclisin deputatının Rusiyaya buraxılmaması qeyri-dost addımıdır və rəsmi Moskva məsələ ilə bağlı izahat verməlidir.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev həmkarı Azər Badamovun Moskva hava limanında saxlanılıb Rusiyaya girişinə qadağa qoyulmasından danışarkən deyib.

O vurğulayıb ki, Rusiya tərəfindən deputata qarşı bu addımın səbəbinə aydınlıq gətirməlidir:

“Hadisə Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri zamanı baş verib. Maraqlıdır ki, bu səfər Həştərxan vilayətinin rəhbərliyinin dəvəti əsasında reallaşdırılırdı. Səfərin məqsədi Ümummilli Lider Heydər Əliyevin anadan olması ilə bağlı keçiriləcək tədbirdə iştirak idi. Azər Badamov nümayəndə heyəti ilə bir yerdə Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiyada ilkin xəbərdarlıq edilmədən, məlumat verilmədən hava limanında saxlanılıb. Onun Rusiyaya girişinə icazə verilmədiyi bildirilib.

Tural Gəncəliyev
Məsələ ilə Rusiyadakı səfirliyimiz də məşğul olur. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Təəssüf ki, Rusiya XİN-dən hələ ki, izahat verilməyib, sadəcə məsələnin araşdırılacağı bildirilib. Hesab edirəm ki, deputatın yaşadığı problemin səbəbi aydınlaşdırılmalıdır”.

Xatırladaq ki, ötən gün Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Azər Badamovun Azərbaycana geri qayıtdığı bildirilib.

Əvvəlki Yazı

ATU ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlıq sazişi imzalanıb

Növbəti Yazı

Naxçıvanda “Müasir metodist” layihəsinə start verilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.