Avqust 7, 2025-7:02
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azəralüminium” MMC tərəfindən ATU-nun tələbələri üçün xüsusi təqaüd təsis edilib

2023:12:19 - 10:19
in SOSİAL
A A

Gəncə şəhərində fəaliyyət göstərən Azərbaycan Texnologiya Universiteti (ATU) ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə cəmiyyəti olan “Azəralüminium” MMC – dövlət müəssisəsi arasında mövcud əməkdaşlıq münasibətləri çərçivəsində ATU tələbələri üçün xüsusi təqaüd təsis edilib.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu barədə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərovla “Azəralüminium” MMC-ninun direktoru Maksim Cavadov arasında dekabrın 15-də keçirilən görüşdə razılaşma əldə olunaraq müvafiq saziş imzalanıb.

Razılaşmaya əsasən, xüsusi təqaüd universitetin texniki və texnoloji ixtisaslarında təhsil alan, ən yüksək akademik göstəricilərə malik 2 tələbəsinə veriləcək. Təqaüd hər tələbə üçün 100 manat məbləğində müəyyən olunub və yeni təqvim ilindən etibarən hər ay verilməsi nəzərdə tutulub.

Müəssisə ilə universitet arasında əldə edilən digər razılığa əsasən, regionda məşğulluğa dəstək verilməsi baxımından “Azəralüminium”un kadr ehtiyatının daim sabit saxlanılması sahəsində fəaliyyətinin təmin edilməsi, mütəxəssis hazırlığının keyfiyyətini yüksəldilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlanması məqsədilə “Azəralüminium” tərəfindən ATU-da 2 ixtisaslaşmış auditoriya qurulacaq. Yaxın zamanda auditoriyaların qurulması işlərinə başlanılacaq.

Görüşdə, həmçinin “Metallurgiya mühəndisliyi” ixtisasının tədris planına müvafiq fənlər daxil etməklə onun yenilənməsi və bunun üçün birgə işçi qrupun yaradılmasına dair razılığa gəlinib.

Qeyd edək ki, universitet-sənaye əlaqələrinin gücləndirilməsini hədəfləyən Azərbaycan Texnologiya Universiteti son 1 ildə bir çox iri sənaye müəssisələri ilə əməkdaşlıq memorandumları imzalayıb, mövcud əlaqələri genişləndirib.

Əvvəlki Yazı

Gəncədə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıb

Növbəti Yazı

Gəncədə rus dilinin öyrənilməsi üzrə resurs mərkəzi açılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.