İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata tamhüquqlu üzv olub.
“Report” xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bununla da digər ölkələrlə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin inkişafı və qlobal keyfiyyət infrastrukturuna qoşulma imkanları genişlənəcək. Həmçinin ölkədə akkreditasiya olunmuş laboratoriyaların verdiyi sınaq və kalibrləmə sənədləri beynəlxalq səviyyədə tanınacaq.