Avqust 17, 2025-3:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan aliminin əsəri “Springer”də nəşr ediləcək

2025:04:02 - 14:15
in SOSİAL
A A

Tanınmış filosof-alim, Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə “Sufi fenomenologiya” əsərinin ingilis dilində çap olunması ilə bağlı “Springer” nəşriyyatı ilə müqavilə imzalayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əsər Dünya Fenomenologiya İnstitutuna məxsus “İslam fəlsəfəsi və Qərb fenomenologiyası dialoqda” kitab seriyasının 9-cu cildi kimi nəzərdə tutulub.

2003-cü ildə ilk cildi işıq üzü görən və artıq dünyada kifayət qədər tanınan bu kitab seriyası məşhur fenomenoloq, Dünya Fenomenologiya İnstitutunun və “Analecta Husserliana” kitab seriyasının ideya müəllifi və yaradıcısı Anna-Tereza Tymieniecka tərəfindən təsis edilib.

“İslam fəlsəfəsi və Qərb fenomenologiyası dialoqda” seriyası bir çox məşhur fenomenoloq-filosof və tədqiqatçların əsərlərini vahid mövzu ətrafında cəmləşdirən məqalələr toplusu kimi çap edilir. Bununla belə, Dünya Fenomenologiya İnstitutu “Sufi fenomenologiya” əsərinin əhəmiyyətini və fəlsəfə dünyasında yeniliyini nəzərə alaraq seriyanın doqquzuncu cildində tək müəllifin – Könül Bünyadzadənin monoqrafiyasının nəşr edilməsinə qərar verib. İmzalanmış müqaviləyə əsasən monoqrafiyanın ingilis dilində redaktə və çap xərclərini “Springer” nəşriyyatı öz üzərinə götürüb.

Xatırladaq ki, AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin “Sufi fenomenologiya” (Bakı, 2023) ikicildliyi Azərbaycanda, o cümlədən Şərqdə qadın filosof tərəfindən yazılmış ilk və hələ ki, yeganə fəlsəfi sistemdir. Azərbaycanın düşüncə tarixində yerini və əhəmiyyətini nəzərə alaraq onun AMEA-nın Rəyasət Heyətində, ayrı-ayrı ali təhsil ocaqlarında, eləcə də Azərbaycanın tanınmış düşüncə sahiblərinin iştirakı ilə Mərkəzi Elmi Kitabxanada geniş müzakirəsi təşkil edilib, haqqında mətbu orqanlarında geniş elmi rəylər dərc edilib.

Azərbaycanla yanaşı, “Sufi fenomenologiya” dünyada da tanınmaqdadır. Belə ki, onun ayrı-ayrı ideya və konsepsiyaları elmi məqalələr şəklində yüksək impakt faktorlu jurnallarda, toplularda dərc edilib, beynəlxalq konfranslarda, o cümlədən Dünya Fəlsəfə Konqresində (Roma, İtaliya, 2024) geniş auditoriyaya təqdim olunub.

Əvvəlki Yazı

Musa Qasımlı: Aprel döyüşləri hərb tariximizin şanlı səhifələrindən biridir

Növbəti Yazı

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı ilə Şəkidə forum keçiriləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.