İyun 15, 2025-0:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Almatıda beynəlxalq konfransda təmsil olunub

2025:05:28 - 16:20
in MƏDƏNİYYƏT
A A

Almatıda Oljas Süleymenovun XX əsrin intellektual tarixində əlamətdar əsər olan “Az və Ya” kitabının nəşrinin 50 illiyinə həsr olunmuş “Türk slavyanşünaslığının doğuşu” adlı VII Beynəlxalq konfrans keçirilib.

AZƏRTAC Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, konfransda Qazaxıstan, Azərbaycan, Türkiyə, Rusiya, Fransa, Çin, İsrail, ABŞ və Tacikistandan iyirmidən çox tanınmış alim, yazıçı, filoloq və mədəniyyət xadimi iştirak edib.

Çıxış edənlər arasında Azərbaycan Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, şair, Nobel mükafatı namizədi Teymur Zülfüqarov, “Az və Ya” simfonik-konsertinin müəllifi, bəstəkar İqor Matsiyevski, digər görkəmli elm və mədəniyyət xadimləri olublar.

Natiqlər qeyd ediblər ki, ilk dəfə 1975-ci ildə işıq üzü görən “Az və Ya” kitabı XX əsrin cəsarətli elmi-poetik eksperimentinə çevrilib.

“Az və Ya” mənim əsrlərin sükutu ilə dialoqum, mənalar toxumasında əcdadların qoyub getdiyi əlamətləri oxumaq cəhdidir”, – deyə müəllif Oljas Süleymenov özü yekun nitqində kitabın tarixi əhəmiyyətini vurğulayıb.

Konfransın sonunda türk slavyanşünaslığının inkişafı ilə bağlı xüsusi qətnamə qəbul edilib və xatirə şəkli çəkdirilib.

Əvvəlki Yazı

Milli Kitabxanada “28 May – Müstəqillik Günü” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

Növbəti Yazı

Zaqrebdə Müstəqillik Günü münasibətilə tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.