Xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Banqladeşdə rəsmi səfərdədir.
Bu barədə “Report” Banqladeş mediasına istinadən məlumat verir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Banqladeş İnvestisiyaların İnkişafı İdarəsinə səfər edib və qurumun rəhbəri Aşik Çoudhuri ilə danışıqlar aparıb.
Səfər zamanı həmçinin Azərbaycan və Banqladeş arasında investisiya əməkdaşlığının inkişafı məsələlərinə dair dəyirmi masa keçirilib.