Avqust 18, 2025-19:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Bolqarıstanda Lavanda festivalında iştirak edib

2025:06:24 - 16:00
in MƏDƏNİYYƏT
A A
Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi Bolqarıstanın Çirpan şəhərində keçirilən IV Beynəlxalq Lavanda Festivalı çərçivəsində “Azərbaycandan lavanda ilhamı” sərgisini təqdim edib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dili və Mədəniyyəti Mərkəzindən məlumat verilib. Bildirilib ki, Azərbaycan milli geyimində uşaqlar Turizm Nazirliyinin himayəsi və Bolqarıstan Respublikasının vitse-prezidenti xanım İliana Yotovanın iştirakı ilə Çirpan şəhərində keçirilən Lavanda festivalının bayram yürüşündə iştirak ediblər.

Festivalın açılışında Mərkəzin direktoru Sofiya Şıqaeva-Mitreska lavandanın Bolqarıstanın çiçək simvollarından biri olduğunu və “bənövşəyi qızıl” kimi də tanındığını qeyd edib. O, sərginin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi və Yeganə Kələntərlinin rəhbərlik etdiyi “Uni Kids Club” studiyasının birgə layihəsi və bu sərginin ideyasının ötənilki Bolqarıstan qızılgülləri və xarıbülbül ilə bağlı həyata keçirilən layihənin davamı olduğunu bəyan edib.

Azərbaycanlı uşaqların çəkdiyi rəsmlər Çirpan şəhərindəki “Birlik” meydanında festivalın rəsmi açılışı zamanı nümayiş edilib. Festivalın məkanlarından biri olan Spasovo kəndindəki Etnoqrafiya evində isə “Azərbaycandan və Çirpandan lavanda ilhamları” adlı rəsm sərgisi keçirilib. Sərgidə həm azərbaycanlı, həm də Çirpandan olan uşaqların rəsmləri nümayiş etdirilib. Mərkəzin rəhbəri S.Şıqayeva-Mitreska və Etnoqrafiya evinin direktoru N.Marinova sərgini ziyarət edən Çirpan bələdiyyəsi merinin müavini Svetla Dançevaya hər iki müəssisə və sərgilər barədə ətraflı məlumat veriblər.

Belə sərgilər Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı hörmət və dostluğun əlamətidir və bir-birinin adət-ənənələrini, mədəniyyətlərini daha yaxından tanımağa kömək edir. Həmçinin iki ölkə arasında mədəni əlaqələrin inkişafı və gələcəkdə birgə mədəni layihələrin region səviyyəsində həyata keçirilməsi üçün potensial imkanları genişləndirir.

Əvvəlki Yazı

Növbəti köç karvanları Həsənriz və Sarıcalı kəndlərinə çatıb, açarlar təqdim olunub

Növbəti Yazı

İsrail ordusu Tehranın şimalında yerləşən radar stansiyasına hücum edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.