2023-cü ildə Azərbaycanda 1,5 % iqtisadi artım proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
“O cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,5 % artım nəzərdə tutulub”, – deyə o qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 100,9 milyard manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox ümumi daxili məhsul istehsal olunub. Son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,3 % azalıb, qeyri-neft-qaz sektorunda isə 3,1 % artıb.