İyun 14, 2025-10:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan Cənubi Qafqazda özünün iqtisadi və hərbi baxımdan təhlükəsizliyini təmin edə bilən yeganə ölkədir – ŞƏRH

2023:10:31 - 17:03
in SİYASƏT
A A
–Azərbaycan tərəfindən sentyabr ayında keçirilən lokal xarakterli birgünlük antiterror tədbirləri ilə regionda mövcud olan qeyri-müəyyənlik, beynəlxalq hüquq pozuntusu aradan qalxdı. Ölkəmiz 30 illik müddətdə münaqişənin siyasi yollarla aradan qalxması istiqamətində fəal şəkildə addımlar atdı, Ermənistan tərəfinə ən yüksək statuslar təklif etdi. Lakin Ermənistan rəhbərliyinin “yeni torpaqlar üçün yeni müharibə” və “Qarabağ Ermənistandır” kimi sülhdən uzaq çıxışları danışıqlar prosesinin perspektivsizliyini göstərdi. Nəticədə Azərbaycan 44 günlük müharibə və birgünlük antiterror tədbirləri ilə münaqişəni birdəfəlik həll etdi. Proseslər o qədər sürətli və ardıcıl inkişaf etdi ki, bir çoxumuz baş verənlərə inana bilmirdik. Çünki Xankəndi, Xocalı sevgisi artıq xəyallarımızda idi, reallıqda isə bizə çox uzaq görünürdü.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ana Vətən Partiyası sədrinin müavini politoloq Yalçın Hacızadə söyləyib.

O bildirib ki, Xankəndidə oturub “yeni müharibə olarsa, Bakıya gedəcəyik” deyən separatçı rejimin rəhbərləri əli-qolu bağlı vəziyyətdə Bakıya gətirildi. Beynəlxalq hüququn bərqərar olması, ədalətin təmin edilməsi üçün təkcə torpaqlarımızın işğaldan qurtarılması yetməzdi. Ona görə də işğalı həyata keçirməklə saysız-hesabsız cinayət törədənlərin hüquq qarşısında cavab verməsi təmin olunur. Beləliklə, ərazilərimizdə erməni separatizmi məhv edildi, bununla da 200 illik “böyük Ermənistan” xülyasına son qoyuldu.

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı bütün bu uğurlar, nailiyyətlər üçün uzun və çoxşaxəli bir yol keçib. Ölkəmizdə iqtisadi-siyasi sabitlik daha da gücləndirilib, ordu quruculuğu, yeni növ silahların alınması davam edib, xalqın birliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu addımlar atılıb. Eyni zamanda, beynəlxalq münasibətlərdə dövlətlər və təşkilatlar ilə düzgün əlaqələrin qurulması prosesi ardıcıl olaraq davam etdirilib. Müharibə müddətində hansısa güclərin müdaxilə etməməsi üçün müttəfiq ölkələrlə hərbi əlaqələr qurulmaqla “Azərbaycan–Ermənistan münaqişəsinin həllinin hərbi variantı yoxdur, imkan vermərik” deyən dövlətlərin də qarşısı alındı.

Qələbədən sonra regionda yeni siyasi vəziyyət formalaşıb. Bütün proseslər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq baş verir. Qırx dörd günlük müharibədə qazanılan Qələbənin nəticələrini qəbul etmək istəməyən, özlərinin hansısa “qırmızı xətləri” olduğunu açıqlayan qüvvələr indi ölkəmizlə əməkdaşlığın yollarını axtarırlar. Hazırda dövlətimiz həm müttəfiq, həm də əleyhimizə olan ölkələrə qarşı geniş imkanlara malikdir. Səmimi olanlara xoş, məkrli olanlara qarşı sərt siyasət aparılır. Əsas məqsəd regionda sabitliyin, sülhün yaranması, ona region ölkələrinin sahib çıxması, bu istiqamətdə münasibətlərin daha da inkişaf etdirilməsi, eyni zamanda, Asiya ilə Avropanı birləşdirən coğrafi mövqeyimizin verdiyi iqtisadi faydadan, nəqliyyat–kommunikasiya imkanlarından birgə istifadə üçün əlaqələrin qurulmasıdır”, – deyə Y.Hacızadə vurğulayıb.

Politoloq əlavə edib ki, Azərbaycan Cənubi Qafqazda müstəqil siyasət aparan, özünün iqtisadi və hərbi cəhətdən təhlükəsizliyini təmin edə bilən yeganə ölkədir. Heç şübhəsiz, bu da Prezident, Müzəffər Ali Baş Komandan kimi İlham Əliyevin möhkəm iradəsinin, zəngin dünyagörüşünün, dərin təfəkkürünün, təcrübəsinin və ümumiyyətlə, 20 illik siyasi hakimiyyətinin nəticəsidir.

Əvvəlki Yazı

Azərbaycanın gənc rəssamları “DaMir House of Imagination” məkanında səyyar qrup sərgisini təqdim edib

Növbəti Yazı

İran İsrailin fələstinlilərlə qarşılaşmaqda aciz olduğunu bəyan edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.