Avqust 27, 2025-1:19
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” sahəsində əməkdaşlığı müzakirə edib – YENİLƏNİB

2024:10:22 - 16:05
in İQTİSADİYYAT
A A
Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov “TBEA Co.,Ltd” və “PowerChina International Group” şirkətləri ilə bərpa olunan enerji sahəsində əməkdaşlıq əlaqələrinin inkişafını müzakirə edib.

“Report” Energetika Nazirliyinə istinadən xəbər verir ki, “TBEA Co.,Ltd” İdarə Heyətinin sədri Zhang Xin ilə görüşdə şirkətin istehsal, mühəndislik xidmətləri, satınalma, tikinti, enerjinin ötürülməsi və paylanması, elektrik stansiyaları, bərpa olunan enerji mənbələri və digər infrastruktur layihlələrinin maliyyələşdirilməsi üzrə fəaliyyəti barədə məlumat verilib.

TBEA şirkəti ilə Azərbaycanla bərpa olunan enerji avadanlıqlarının istehsalı, texnologiyaların təchizatı sahələrində, həmçinin regional “yaşıl enerji” infrastrukturu layihələrində əməkdaşlıq imkanları müzakirə edilib. Nazirliklə TBEA arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması nəzərdən keçirilib. Söhbət zamanı COP29 çərçivəsində əməkdaşlığa da toxunulub.

“PowerChina International Group” şirkətinin vitse-prezidenti Yang Yisheng ilə görüşdə isə iki ölkə liderlərinin Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlığa yüksəldən siyasətinin “yaşıl enerji” sahəsində geniş əməkdaşlığı təşviq etdiyi bildirilib. Bu kontekstdə PowerChina şirkəti ilə Azərbaycanın bərpa olunan enerjinin inkişafı ilə bağlı növbəti mərhələsi və “yaşıl enerji dəhliz”lərini əhatə edən beynəlxalq miqyaslı fəaliyyəti çərçivəsində yeni əməkdaşlıq perspektivləri dəyərləndirilib. Həmçinin Xızı və Abşeronda 240 MVt-lıq külək enerjisi layihəsinin həyata keçirilməsində və 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə keçirilən hərrac prosesində şirkətin iştirakından məmnunluq ifadə edilib. “PowerChina” şirkəti Xəzər dənizində külək enerjisinin istehsalı, bu enerjinin ötürülməsi və bərpa olunan enerjinin digər istiqamətləri üzrə əməkdaşlığa dəvət edilib.

Əvvəlki Yazı

Milli Azərbaycan Tarixi Muzeyində XI-XIII əsrlərə aid hərb tarixi mövzularına həsr olunmuş kitabın təqdimatı keçiriləcək

Növbəti Yazı

MM hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsini ilk oxunuşda təsdiqləyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.