İyun 15, 2025-12:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan dərmanları Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixrac olunacaq

2025:05:29 - 13:30
in İQTİSADİYYAT
A A

Azərbaycan istehsalı olan dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracı nəzərdə tutulur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

Qeyd olunub ki, cari ilin aprel ayında Ər-Riyadda keçirilmiş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb: “Belə ki, Azərbaycanın “Parla Pharmaceuticals” şirkəti ilə Səudiyyə Ərəbistanının “National Development Group Holding” şirkəti arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu bağlanıb. Sənədə əsasən, Azərbaycan istehsalı olan dərmanların Səudiyyə Ərəbistanı, eləcə də Yaxın Şərq, Körfəz və Afrika ölkələrinə ixracı planlaşdırılır”.

Növbəti mərhələdə isə elmi-texnoloji biliklərin transferi və Səudiyyə Ərəbistanında birgə dərman istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur. Hesab edilir ki, Azərbaycanın əczaçılıq sahəsində ixrac potensialının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Bundan əlavə, iclas çərçivəsində Azərbaycanın “ADO-G” və Səudiyyə Ərəbistanının “SMI/BLUE MASAR” şirkətləri arasında dənizçilik infrastrukturu sahəsində əməkdaşlığa dair razılaşma imzalanıb.

KOBİA bu əməkdaşlıqları yerli kiçik və orta sahibkarlıq subyektlərinin (KOB) xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi və beynəlxalq inteqrasiyasının sürətləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirir.

Qeyd edək ki, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əməkdaşlıq çərçivəsində 2022-ci il dekabrın 19-da Bakıda iki ölkə hökumətləri arasında Müştərək Komissiyanın 7-ci iclası keçirilib. İclas çərçivəsində KOBİA ilə Səudiyyə Ərəbistanı Palataları Federasiyası arasında Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının yaradılması barədə Saziş imzalanıb.

Əvvəlki Yazı

Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib

Növbəti Yazı

Azərbaycan qızıl ixracından gəlirini 3 dəfə artırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.