Sentyabr 16, 2025-9:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulmağa hazırlaşır

2025:09:12 - 15:32
in SİYASƏT
A A

Azərbaycan Respublikası daha bir beynəlxalq hüquqi sənədə – “Beynəlxalq ticarətdə müəyyən təhlükəli kimyəvi maddələr və pestisidlər üzrə qabaqcadan əsaslandırılmış razılıq proseduru haqqında” Rotterdam Konvensiyasına qoşulmağa hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 12-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsində bildirilir ki, Rotterdam Konvensiyası təhlükəli kimyəvi maddələrin və pestisidlərin beynəlxalq ticarətində şəffaflığın artırılması, bu maddələrin dövriyyəsi zamanı yaranan risklərin azaldılması, həmçinin insan sağlamlığının və ətraf mühitin qorunması məqsədi daşıyır. Konvensiyaya üzv dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə və təhlükəli maddələrin idarə olunması üzrə effektiv nəzarət mexanizmlərinin tətbiqinə şərait yaradır.

Sənədin əsas mexanizmlərindən biri qabaqcadan əsaslandırılmış razılıq prinsipidir. Bu prosedur çərçivəsində iştirakçı ölkələr təhlükəli kimyəvi maddələrin idxalına dair qərarlarını Katibliyə təqdim edir və həmin qərarlar digər dövlətlər üçün məcburi xarakter daşıyır. Nəticədə, idxal edən ölkələr öz ərazilərinə daxil olacaq maddələr barədə öncədən məlumat əldə etmək və əsaslandırılmış mövqe ortaya qoymaq imkanı qazanır. Eyni zamanda, ixracatçılar da müəyyən öhdəlikləri yerinə yetirməlidir: maddələrin göndərilməsindən əvvəl qarşı tərəfə bildiriş təqdim olunmalı, təhlükəsizlik məlumatları və düzgün etiketlər əlavə edilməli, gömrük kodları tam və dəqiq göstərilməlidir.

Konvensiya hüquqi, texniki və toksikoloji məlumatların qarşılıqlı mübadiləsini, inkişaf etməkdə olan ölkələrə texniki dəstəyin göstərilməsini və nəzarət mexanizmlərinin təkmilləşdirilməsini də özündə ehtiva edir. Əlavə olaraq, sənədin qoşmaları vasitəsilə maddələrin siyahıya daxil edilməsi və ya siyahıdan çıxarılması, mübahisələrin həlli prosedurları və uyğunluğun monitorinqi üzrə praktiki mexanizmlər müəyyənləşdirilib.

Bu təşəbbüs Azərbaycanın milli qanunvericiliyinin beynəlxalq ekoloji və sanitar-epidemioloji standartlara uyğunlaşdırılmasına, kimyəvi təhlükəsizliyin gücləndirilməsinə və qlobal əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

Əvvəlki Yazı

Araz çayı sahilində yeni su müşahidə məntəqələri qurulacaq

Növbəti Yazı

İtkin şəhid Ayaz Zərbalıyev Göyçayda dəfn edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.