Avqust 26, 2025-2:29
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Danimarka şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək

2024:01:11 - 16:24
in İQTİSADİYYAT
A A

Azərbaycan Danimarkanın “Vestas” şirkəti ilə “yaşıl enerji” sahəsində əməkdaşlıq edəcək.

“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, bununla bağlı energetika naziri Pərviz Şahbazovun “Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup ilə keçirdiyi görüşdə müzakirələr aparılıb.

Görüşdə Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr, “yaşıl enerji”, “yaşıl hidrogen”in istehsalı və ixracı ilə bağlı perspektivlər, həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Azərbaycan-Türkiyə-Avropa” dəhlizinin reallaşdırılması istiqamətində fəaliyyətə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın elektrik enerjisinin istehsal gücündə bərpa olunan enerjinin payının 2030-cu ilədək 30 %-ə çatdırılması, eləcə də ölkəmizin Avropaya ilkin mərhələdə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı hədəfinə nail olunmasında xarici investorlarla həyata keçirilən külək və günəş enerjisi stansiyalarının sürətli inşasında enerji avadanlıqları ilə təminatın əhəmiyyətindən bəhs edilib. Azərbaycanda dənizdə nəhəng külək enerjisi potensialından istifadənin, xüsusilə bu enerjinin ixraca yönəldilməsinin rəqabətqabiliyyətli külək turbinləri istehsalını aktuallaşdırdığı qeyd edilib. Bu xüsusda, “Vestas” şirkəti ilə imkanların dəyərləndirilməsi və əməkdaşlığa Azərbaycanın dəstəyi ifadə olunub.

“Vestas” şirkətinin vitse-prezidenti Jens Pinderup isə 40 ildən çox təcrübəyə malik şirkətin 80-dən çox ölkədə fəaliyyətindən bəhs edib. Bir neçə növ turbin üzrə şirkətin təklifləri diqqətə çatdırılıb və “Vestas” şirkətinin Azərbaycanla əməkdaşlığa maraqlı olduğu qeyd edilib.

Əvvəlki Yazı

Cəmilə Əliyeva: Bizim əsas məqsədimiz Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir

Növbəti Yazı

Nazirlik radioloji fəaliyyətlə məşğul olan müəssisə və təşkilatlara müraciət edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.