İyun 15, 2025-5:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan Dövlət Kukla Teatrı Qaxda

2023:11:16 - 13:59
in MƏDƏNİYYƏT
A A

Mədəniyyət Nazirliyinin Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirləri çərçivəsində teatr kollektivlərinin regionlara təşkil olunan qastrol səfərlərinin proqramına əsasən, Azərbaycan Dövlət Kukla Teatrının kollektivi noyabrın 16-da Qax rayonuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kollektiv Qax Dövlət Kukla Teatrının səhnəsində uşaqlara repertuarlarındakı son nümunələrdən olan “Üç donuz balası” tamaşasını təqdim ediblər.

Qayğısız üç donuz balasından bəhs edilən əsərdə rejissor üç fərqli xarakterli qəhrəman sayəsində uşaqlara əməksevərlik, tənbəllik və xudbinlik kimi keyfiyyətlərin xarakterə nə qədər böyük təsir etdiyini üzə çıxardır. Nağıl Nif-Nif, Nuf-Nuf və Naf-Naf adlı üç qardaşdan bəhs edir. Uşaqlara əməksevərlik, əzmkarlıq və qorxmazlıq aşılayan tamaşa qəhrəmanların başına gələn komik, həm də ibrətamiz hadisələrlə zəngindir.

Birhissəli uşaq tamaşasının səhnələşdirəni və quruluşçu rejissoru Saida Haqverdiyeva, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadə, mahnı mətnlərinin müəllifi Sevinc Nuruqızıdır.

“Üç donuz balası”nın personajlarını teatrın aparıcı aktyorları Səriyyə Mansurova, Aygül Ağayeva, Elnur Xəlilov, Yasin, Elgün Həmidov, Cavid Telman, Araz Həsənov və “Oyuq” teatr-studiyasının yetirməsi Adil İqbal hərəkətə gətiriblər.

Klassik nağıla daha iki personaj əlavə edən yaradıcı heyət nümunəni müasir uşaqların zövqünə uyğunlaşdırmağa çalışıb.

“Üç donuz balası” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.

Tamaşadan əvvəl Azərbaycan Dövlət Kukla Teatrının kollektivi öz ənənəsinə sadiq qalaraq, qaxlı həmkarlarına kukla da (Kral personajı) hədiyyə edib.

Azərbaycan Dövlət Kukla Teatrının direktoru, Əməkdar Mədəniyyət işçisi Rəşad Əhmədzadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kollektiv ilin əvvəlindən indiyədək Lənkəran, Salyan, Quba, Qusar, Şabran, Gəncə və Yevlax şəhərlərində uşaqlar qarşısında müxtəlif tamaşalarla çıxış edib.

Əvvəlki Yazı

Litva Rusiya və Belarusla keçid məntəqələrinin bağlanması məsələsinə münasibət bildirib

Növbəti Yazı

Ermənistan parlamenti ölkədə DQR dövlət qurumlarının saxlanmasını təhlükəsizliyə təhdid adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.