Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin yeni sədri Fərhad Adıgözəlov aprelin 17-də kollektivə təqdim olunub.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, F.Adıgözəlovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.
Xatırladaq ki, aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla Fərhad Adıgözəlov Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.