“Azərbaycan Françayzinq Assosiasiyası” (AFA) İctimai Birliyi ilə “TET İnternational Development Japan” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
“Report” xəbər verir ki, sənədə Bakıda keçirilən, Azərbaycan və Yaponiyanın turizm imkanlarına həsr olunmuş Osaka-Azərbaycan Turizm Forumunda imza atılıb.
Memoranduma əsasən, gələn il iki qurumun birgə təşkilatçılığı ilə Türkiyədə investisiya forumu keçiriləcək. Foruma 16 ölkədən investorlar qatılacaq.