Aprel 9, 2026-1:09
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan–Gürcüstan əlaqələri humanitar və mədəni müstəvidə dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

2026:04:08 - 17:29
in SİYASƏT
A A

Cənubi Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin olunmasında Azərbaycan və Gürcüstan arasında formalaşmış çoxşaxəli əməkdaşlıq modeli xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri bu münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu səfər, həmçinin iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan–Gürcüstan əlaqələrinin gələcək inkişaf istiqamətlərini bir daha müəyyən etdi.

Bu barədə AZƏRTAC-a açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri, deputat Canməmməd Canməmmədov deyib.

Deputat qeyd edib ki, tarixi dostluq və mehriban qonşuluq prinsiplərinə əsaslanan Azərbaycan–Gürcüstan əlaqələri bu gün təkcə siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda humanitar və mədəni müstəvidə də dərinləşərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. İki ölkə arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və dəstək münasibətlərin davamlı inkişafını təmin edən əsas amillərdəndir.

“Səfər çərçivəsində Prezident İlham Əliyev və Gürcüstanın dövlət rəhbərliyi arasında aparılan danışıqlar bir daha təsdiqlədi ki, hər iki ölkə regionda sabitliyin əsas təminatçıları kimi çıxış edir. Azərbaycan ilə Gürcüstan arasında münasibətlər regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm dayaqlarından biridir. Dövlət başçılarının siyasi iradəsi və xalqların qarşılıqlı dostluğu bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni zirvələrə yüksələcəyinə əminlik yaradır. Dövlət səfərində əldə olunan razılaşmalar əsasən iqtisadi və enerji sahələrini əhatə edir. Tərəflər enerji təhlükəsizliyi, nəqliyyat və logistika sahələrində mövcud layihələrin genişləndirilməsi və yeni təşəbbüslərin reallaşdırılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə ortaq mövqe nümayiş etdirdilər. Bununla yanaşı, turizm, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üzrə perspektiv imkanlar da nəzərdən keçirildi. Təbii ki, bu sahələrdə birgə layihələrin həyata keçirilməsi hər iki ölkənin dayanıqlı inkişaf strategiyalarına uyğun olaraq yeni imkanlar açır”, – deyə C.Canməmmədov diqqətə çatdırıb.

Səfər çərçivəsində iqtisadi əməkdaşlığın şaxələndirilməsi, qeyri-neft sektorunda qarşılıqlı investisiyaların artırılması və biznes mühitinin daha da yaxşılaşdırılması məsələləri xüsusi diqqət mərkəzində olub: “Azərbaycan–Gürcüstan münasibətlərinin iqtisadi ölçüsü də geniş perspektivlər vəd edir. Son illərdə Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artım dinamikası 2026-cı ildə də davam edir. Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biri olmaqla yanaşı, bu ölkədə həyata keçirilən iri investisiya layihələrinin əsas iştirakçılarındandır. Bunu dövlətimizin başçısı Gürcüstanın Baş naziri ilə birgə bəyanatla çıxışı zamanı xüsusilə vurğulayaraq bildirib ki, Gürcüstanda çox münbit sərmayə iqlimi var. Məhz buna görə Azərbaycanlı investrlar Gürcüstana maraq göstərirlər. Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulub və iki ölkə arasında ötənilki ticarət dövriyyəsi 800 milyon dollardan çox olub. 2026-cı ildə isə bu rəqəmin 1 milyard dollara çatacağı gözlənilir”.

Enerji və nəqliyyat layihələrinin isə hər iki ölkəni regionun mühüm logistika və enerji qovşağına çevirdiyini deyən deputat qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi nəqliyyat layihələri regionun strateji əhəmiyyətini artırır. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələrin Avropa ilə Asiya arasında etibarlı əlaqələrin qurulmasına xidmət edir. Səfər zamanı bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə tranzit daşımaların artırılması və infrastrukturun modernləşdirilməsi məsələləri də qeyd olunub. Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri regionun geoiqtisadi xəritəsini dəyişdirən mühüm təşəbbüslər kimi qiymətləndirilib. Həmçinin Orta Dəhliz çərçivəsində əməkdaşlığın inkişafı, tranzit imkanlarının genişləndirilməsi və logistika infrastrukturunun modernləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı aparılan müzakirələrdə əsas məqamlardan biri də iki dövlət arasında tarixi dostluq, ikitərəfli münasibətlərin inkişafı, strateji tərəfdaşlıq olub. Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, gürcü və Azərbaycan xalqları əsrlər boyu dostluq və qardaşlıq şəraitində yaşayıblar və bu tarixi əlaqələr müasir dövlətlərarası münasibətlər üçün möhkəm zəmindir.

Humanitar sahədə əməkdaşlıq və mədəni əlaqələr hər zaman Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm sütunlarından biri kimi çıxış edir. Humanitar sahədə əməkdaşlıq Azərbaycan–Gürcüstan münasibətlərinin mühüm istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Təhsil, elm və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, tələbə və müəllim mübadiləsinin artırılması istiqamətində mühüm addımlar atılır.

Ortaq tarixi və mədəni irsin qorunması, tarixi abidələrin bərpası, mədəniyyət nümunələrinin qorunması və beynəlxalq səviyyədə tanıdılması xalqlar arasında mənəvi bağlılığın möhkəmlənməsinə xidmət edir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslər münasibətlərin ideoloji əsaslarını daha da gücləndirir.

Diqqətə çatdırılıb ki, hər iki ölkədə təşkil olunan mədəniyyət günləri, incəsənət festivalları, sərgilər və konsert proqramları xalqlar arasında mənəvi körpü rolunu oynayır. Azərbaycan və gürcü xalqlarını birləşdirən zəngin tarixi irs bu münasibətlərin dərin köklərə malik olduğunu göstərir. Tarixi abidələrin bərpası, qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən birgə təşəbbüslər ortaq dəyərlərin yaşadılmasına xidmət edir. Bu kontekstdə multikulturalizm və tolerantlıq prinsipləri xüsusi önəm daşıyır. Gürcüstanda yaşayan azərbaycanlı icmasının və Azərbaycanda yaşayan gürcü icmasının sosial-mədəni hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu yanaşma iki ölkə arasında etimad mühitini daha da möhkəmləndirir və münasibətlərin ideoloji əsaslarını gücləndirir: “Bütün bu istiqamətlər göstərir ki, Azərbaycan–Gürcüstan münasibətləri yalnız mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcəyə yönəlmiş strateji baxışa əsaslanır.

Humanitar əməkdaşlıqdan iqtisadi inteqrasiyaya qədər uzanan geniş spektrdə əlaqələrin inkişafı iki ölkə arasında münasibətlərin dayanıqlı və uzunmüddətli olmasını təmin edir. Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri Azərbaycan–Gürcüstan münasibətlərinin çoxşaxəli inkişafında mühüm mərhələ kimi çıxış edir. Səfər çərçivəsində aparılan müzakirələr və vurğulanan prioritet istiqamətlər göstərir ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri möhkəm təməl üzərində qurulub və gələcəkdə daha da dərinləşərək regionda sabitliyin və rifahın təmin olunmasına əhəmiyyətli töhfə verəcəkdir.

Azərbaycan və Gürcüstan arasında münasibətlər regional sabitliyin, təhlükəsizliyin və inkişafın mühüm dayaqlarından biri kimi çıxış edir. Dövlət başçılarının siyasi iradəsi və xalqların qarşılıqlı dostluğu bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə və yeni zirvələrə yüksələcəyinə əminlik yaradır”.

Əvvəlki Yazı

Cənubi Qafqazın inkişaf perspektivləri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində

Növbəti Yazı

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.