Aprel 10, 2026-1:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan–Gürcüstan əməkdaşlığı Orta Dəhlizin strateji rolunu gücləndirir

2026:04:09 - 16:25
in İQTİSADİYYAT
A A

Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq fonunda Orta Dəhlizin əhəmiyyətinin artması regionun iqtisadi və geosiyasi mənzərəsində yeni reallıqlar formalaşdırır.

Bu barədə AZƏRTAC-a açıqlamasında “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan ilə Gürcüstan arasında formalaşmış möhkəm siyasi dialoq və qarşılıqlı etimad mühiti regionun ən uğurlu əməkdaşlıq modellərindən biri kimi çıxış edir.

“Bu münasibətlər yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmır, eyni zamanda Avrasiya məkanında nəqliyyat və logistika sistemlərinin inteqrasiyasına xidmət edən mühüm platformaya çevrilib. Xüsusilə Orta Dəhliz – Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Şərq ilə Qərb arasında alternativ, təhlükəsiz və səmərəli ticarət xətti kimi strateji əhəmiyyət qazanmaqdadır. Son illərdə qlobal geosiyasi proseslər, beynəlxalq ticarət marşrutlarında yaranan risklər və təchizat zəncirlərində müşahidə olunan fasilələr Orta Dəhlizə marağı əhəmiyyətli dərəcədə artırıb. Bu baxımdan Azərbaycanın Xəzər dənizi üzərindən Mərkəzi Asiya ilə əlaqələri və Gürcüstanın Qara dəniz vasitəsilə Avropa bazarlarına çıxışı vahid logistika zəncirində bir-birini tamamlayan əsas həlqələr kimi çıxış edir. Bu gün Orta Dəhliz təkcə iqtisadi layihə deyil, həm də regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən mühüm geosiyasi platformadır. Azərbaycan və Gürcüstanın koordinasiyalı fəaliyyəti nəticəsində bu marşrutun etibarlılığı daha da artır və beynəlxalq tərəfdaşlar üçün cəlbedici alternativə çevrilir”, – deyə A.Camal vurğulayıb.

İctimai birlik sədri bildirib ki, Orta Dəhlizin inkişafında rəqəmsallaşma və innovativ həllərin tətbiqi xüsusi rol oynayır. Gömrük prosedurlarının sadələşdirilməsi, elektron sənəd dövriyyəsinin genişləndirilməsi və “yaşıl dəhliz” mexanizmlərinin tətbiqi yükdaşımaların sürətini artıraraq marşrutun rəqabət qabiliyyətini yüksəldir. Bu isə Orta Dəhlizi digər alternativ marşrutlarla müqayisədə daha üstün mövqeyə çıxarır.

A.Camal əlavə edib ki, Azərbaycan ilə Gürcüstan arasında enerji sahəsində qurulan əməkdaşlıq da nəqliyyat layihələrini tamamlayan mühüm amillərdəndir: “Regiondan keçən neft və qaz kəmərləri Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və bu da Orta Dəhlizin geoiqtisadi əhəmiyyətini daha da artırır. Enerji və nəqliyyat infrastrukturlarının paralel inkişafı isə bölgədə inteqrasiya proseslərini sürətləndirir. Qarşıdakı dövrdə Orta Dəhlizin potensialından maksimum istifadə etmək üçün iştirakçı ölkələr arasında institusional əməkdaşlığın dərinləşdirilməsi, vahid tarif siyasətinin formalaşdırılması və multimodal daşımaların genişləndirilməsi əsas prioritetlərdən olmalıdır. Bu istiqamətdə atılan addımlar region ölkələrinin qlobal ticarət sistemində mövqelərini daha da möhkəmləndirəcək”.

Aqil Camal vurğulayıb ki, ortaq dəyərlərə, qarşılıqlı hörmətə və uzunmüddətli tərəfdaşlığa əsaslanan Azərbaycan–Gürcüstan münasibətləri Orta Dəhlizin davamlı inkişafının əsas təminatıdır. Onun fikrincə, bu əməkdaşlıq modeli gələcəkdə daha geniş coğrafiyanı əhatə edərək Avrasiya məkanında yeni iqtisadi körpülərin qurulmasına və regional rifahın artmasına mühüm töhfə verəcək.

Əvvəlki Yazı

İran xarici işlər nazirinin müavini Hörmüz boğazının açılması üçün şərt irəli sürüb

Növbəti Yazı

Milli Məclisin komitə sədri: Azərbaycan-Türkiyə-Şimali Kipr əlaqələri günbəgün genişlənir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Əlaqə

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.