Sentyabr 16, 2025-7:13
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Azərbaycan Gürcüstan məhsullarının tədarükünü artırdı

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsulların dəyəri 88,3 milyon ABŞ dolları təşkil edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə Azərbaycanın qonşu ölkədən yerli məhsul idxalı 22,3% artıb.

Hesabat dövründə Azərbaycan Gürcüstanın yerli məhsul ixracında 5,1% payla qonşu ölkənin yerli ixrac tərəfdaşlarının ilk onluğunda Rusiya, Türkiyə, Çin, Bolqarıstan və Ermənistandan sonra VI yeri tutub.

İlk yeddi ayda Gürcüstan ümumilikdə 3,84 milyard ABŞ dolları dəyərində yerli məhsul ixracı həyata keçirib ki, bu da ötən ilin analoji dövrünə nisbətdə 9% çoxdur.

Qonşu ölkədən ixraca ən çox yönələn məhsulların siyahısına qiymətli metal filizləri və konsentratları, təzə üzüm şərabı, spirtli içkilər, ferroərintilər, təbii, mineral və qazlı sular, şəkər əlavəli sular, mineral gübrələr, qızıl, qoz-fındıq, müxtəlif üst köynəkləri daxil olub.