İyun 26, 2025-11:13
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Hərb Tarixi Muzeyində “Zəfər gedən yolda ilk addımlar” adlı seminar keçirilib

2024:04:05 - 15:20
in SOSİAL
A A

 

Aprelin 5-də Azərbaycan Hərb Tarixi Muzeyində Aprel zəfərinin 8-ci ildönümünə həsr olunmuş “Zəfər gedən yolda ilk addımlar” adlı seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla anılıb.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə və digərləri tədbirdə çıxış edərək aprel döyüşlərində Azərbaycan ordusunun zəfərindən və qəhrəmanlıqlarından bəhs ediblər.

Bildirilib ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı. Bunun nəticəsində 2 dinc sakin ölüb, 10 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı qüvvələrinə qarşı cavab tədbirləri həyata keçirilib”, – deyə Əzizağa Qəni-zadə bildirib.

Qeyd edilib ki, Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində minaatanlardan və iriçaplı pulemyotlardan istifadə etməklə sutka ərzində atəşkəsi pozublar. Ordumuzun sürətli əks-hücum əməliyyatı sayəsində düşmən ağır məğlubiyyətə uğrayıb. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunub. 2020-ci il sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə baxmayaraq, Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başlayaraq 44 gün davam edən Vətən müharibəsində öz ərazi bütövlüyünü bərpa etdi.

Tədbirin sonunda Azərbaycan Ordusunun Zəfər qələbəsinə və hərbi-vətənpərvərliyə dair mahnılar səsləndirilib.

Əvvəlki Yazı

Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb

Növbəti Yazı

İyunda rus dilində respublika olimpiadasının qaliblərinə mükafatların təqdimatı mərasimi olacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.