Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyəti Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığında olub.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, KBRN Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığının imkan və bacarıqları Azərbaycan nümayəndə heyətinə nümayiş etdirilib.