Avqust 28, 2025-8:30
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Çin arasında hüquqi və institusional əməkdaşlıq genişləndiriləcək

2024:11:06 - 15:48
in SİYASƏT
A A

Noyabrın 6-da baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Çin Xalq Respublikasının Kommunist Partiyasının İntizam Təftişi üzrə Mərkəzi Komissiyası Katibinin müavini və Milli Nəzarət Komissiyasının sədr müavini Lyu Suesinlə görüşüb.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə baş prokuror iki dövlət arasında dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu qeyd edərək, müstəqilliyin ilk illərində Ulu Öndər Heydər Əliyevin, hazırda isə Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev noyabrın 15-də Baş Prokurorluq tərəfindən “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclasın təşkil olunacağı barədə qonağa məlumat verib.Lyu Suesin korrupsiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən islahatları yüksək qiymətləndirib, bu sahədə prokurorluğun rolunu xüsusilə qeyd edib. O, Azərbaycanın Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəklədiyini vurğulayaraq təşəkkürünü bildirib.Daha sonra tərəflər qurumlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri, eləcə də əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması barədə fikir mübadiləsi aparıblar.

Əvvəlki Yazı

Makron Aİ ölkələrini Trampın qələbəsindən sonra addımlar barədə razılığa gəlməyə dəvət edib

Növbəti Yazı

Hərb Tarixi Muzeyində “Müstəqillikdən Zəfərə!” adlı tədbir keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.