İyun 14, 2025-7:57
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun növbəti iclası keçirilib

2024:05:31 - 16:06
in SİYASƏT
A A

Latviyanın paytaxtı Riqa şəhərində Azərbaycan ilə Latviya arasında Strateji Dialoqun üçüncü iclası keçirilib.

XİN-dən APA-ya verilən xəbərə görə, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Latviya nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyi dövlət katibinin müavini-siyasi direktor Anjeys Vilumsons rəhbərlik ediblər.

İclas zamanı, iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq və onun gücləndirilməsi imkanları, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsinin, Strateji Dialoqun və Hökumətlərarası Komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən məsələlər, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi mövzuları da müzakirələrin diqqət mərkəzində olub.

2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.

İclas zamanı həmçinin regional vəziyyət müzakirə olunub. Qarşı tərəfə Azərbaycanın bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atdığı addımlar barədə məlumat verilib. Habelə işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri, bu xüsusda Latviya ilə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı F.Rzayev, həmçinin Latviyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də beyin mərkəzlərinin nümayəndələri ilə keçirilən tədbirdə çıxış edib.

Əvvəlki Yazı

Kişineuda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Növbəti Yazı

Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına rəhbərlik Azərbaycana keçib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.