İyun 15, 2025-18:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan ilə Mərakeş arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə olunub

2025:05:08 - 11:43
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Mərakeş Krallığının gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimli iki ölkə arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu deyib. Nazir, həmçinin 2023-cü ildə dost ölkəyə səfərini, orada keçirdiyi görüşləri məmnunluqla yada salıb.

Qeyd olunub ki, mədəniyyət iki ölkənin xalqlarını yaxınlaşdıran mühüm vasitələrdəndir. 2008 və 2010-cu illərdə Mərakeşdə Azərbaycan Mədəniyyəti Günləri, 2009 və 2011-ci illərdə isə Bakıda Mərakeş Mədəniyyəti Günləri keçirilib. Uzun fasilədən sonra yenidən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Mərakeşli nazir Mohamed Mehdi Bensaid görüşə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Qonaq nazir də Mərakeşlə Azərbaycan arasında əlaqələrin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Söhbət zamanı qarşılıqlı mədəniyyət günlərinin təşkili və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov da iştirak edib.

Əvvəlki Yazı

Sahibə Qafarova: Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir

Növbəti Yazı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sən elə bir zirvəsən” adlı tədbir təşkil edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.