İyul 17, 2025-18:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq gündəliyi müzakirə olunub

2024:07:30 - 17:54
in SİYASƏT
A A

İyulun 30-da xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş səfiri Qasım Mohiuddinlə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətində uğurlar arzulayıb.Səfir iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün bütün səylərini səfərbər edəcəyini diqqətə çatdırıb.Görüşdə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq gündəliyi, Azərbaycan Prezidentinin Pakistana son rəsmi səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri və gələcək planlar müzakirə edilib.Tərəflər iki dost və qardaş ölkə arasında strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.Cari il iyulun 3-də Azərbaycanın və Türkiyənin prezidentləri, Pakistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşün əhəmiyyəti qeyd olunub, ümumilikdə üçtərəfli formatın möhkəmləndirilməsinin üç ölkənin xalqlarının inkişafı ilə yanaşı, regional və qlobal sülhün, sabitliyin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.Birləşmiş Millətlər Təşkilatı, habelə Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi bir sıra regional və beynəlxalq təşkilatlar daxil olmaqla, çoxtərəfli formatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib. Pakistanın 2025-2026-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi münasibətilə təbriklər ifadə olunub.Görüşdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iki ölkə arasında yüksək səviyyəli təmaslar üçün əlavə imkanın yarandığı bildirilib.Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi vəzifəsindən azad edilib

Növbəti Yazı

Lavrov və Qətərin dövlət naziri Qəzza və Ukraynadakı münaqişələri müzakirə ediblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.