Avqust 12, 2025-7:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan ilə Vyetnam arasında siyasi məsləhətləşmələrdən irəli gələn məsələlər müzakirə olunub

2025:07:21 - 17:20
in SİYASƏT
A A

İyulun 17-18-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan-Vyetnam iqtisadi-ticarət və elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclasında iştirak etmək məqsədilə Hanoy şəhərinə səfər edərək iclasda məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində nazir müavini, həmçinin Vyetnamın xarici işlər nazirinin müavini xanım Le Thi Thu Hanq ilə görüşüb. Görüşdə cari ilin aprelin 21-də Bakı şəhərində keçirilmiş Azərbaycan Respublikası və Vyetnam Sosialist Respublikasının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrdən irəli gələn məsələlər müzakirə olunub.

Tərəflər, həmçinin Azərbaycan-Vyetnam arasında siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində mövcud potensialı nəzərdən keçiriblər.

Mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ölkəmizə dövlət səfəri ilə əlaqələrin yeni mərhələyə, Strateji Tərəfdaşlıq səviyyəsinə yüksəldiyi vurğulanıb, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinin vacibliyi qeyd olunub.

Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyətinin əhəmiyyəti qeyd edilib, Komissiyanın 3-cü iclasının yekunlarına dair Protokol imzalanaraq, qəbul olunmuş 2025-2027-ci illəri əhatə edən Fəaliyyət Planı yüksək qiymətləndirilib.

Tərəflər iyul ayının sonunda Bakı şəhərində təşkil olunacaq 3-cü “Vyetnam Günləri”nin mədəni əlaqələrin genişlənməsinə xidmət edəcəyinə əmin olduqlarını vurğulayıblar.

Əvvəlki Yazı

III Şuşa Qlobal Media Forumu böyük tarixi və siyasi əhəmiyyətə malikdir – ŞƏRH

Növbəti Yazı

Şahin Bağırov Siyəzəndə vətəndaşları qəbul edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.