İyul 17, 2025-14:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan ilk dəfə İsveçdən qızıl almağa başlayıb

2025:07:15 - 15:59
in İQTİSADİYYAT
A A

Bu ilin yanvar-may aylarında Azərbaycan 23 ölkədən 2 milyard 940,2 milyon ABŞ dolları dəyərində 30 min 875 kiloqram qızıl (qızıl, digər yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 439,3 milyon ABŞ dolları dəyərində 4 min 753 kiloqram (1 il əvvəl tədarük olmayıb), Avstraliyadan 354,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % az) 3 min 995 kiloqram (-33 %), Amerika Birləşmiş Ştatlarından 340,3 milyon ABŞ dolları dəyərində 3 min 345 kiloqram (1 il əvvəl tədarük olmayıb), Qazaxıstandan 262,2 milyon ABŞ dolları dəyərində 2 min 557 kiloqram (1 il əvvəl tədarük olmayıb), Böyük Britaniyadan 256,7 milyon ABŞ dolları dəyərində 2 min 771 kiloqram (1 il əvvəl tədarük olmayıb) qızıl alıb.

Bu il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən qızıl tədarükü (4,1 milyon ABŞ dolları dəyərində 38,2 kiloqram) həyata keçirilib.

2020-2023-cü illərdə Azərbaycana toplam olaraq xaricdən 98,3 milyon ABŞ dolları dəyərində 1 724 kiloqram eyni adda qızıl gətirildiyi halda, 2024-cü ildə 3,313 milyard ABŞ dolları dəyərində 41 min 78 kiloqram həmin məhsuldan idxal olunub.

Bu ilin ilk 5 ayında Azərbaycan ancaq İsveçrəyə qızıl satıb. Bu ölkəyə 121,3 milyon ABŞ dolları dəyərində 1 751 kiloqram qızıl tədarük olunub ki, bu da 1 il əvvəlki göstəricidən müvafiq olaraq 2,7 dəfə və 46 % çoxdur.

Əvvəlki Yazı

Mingəçevir və Zaqatalaya yeni prokurorlar təyin edilib

Növbəti Yazı

Azərbaycanda tütün məmulatı idxal və istehsal edən sahibkarların reyestrinin aparılmasına başlanılır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.