İyun 1, 2025-13:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək

2023:10:27 - 11:38
in SOSİAL
A A

Azərbaycan İraq universitetlərinə elmi ədəbiyyatlar göndərəcək.

“Report” xəbər verir ki, bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli qurumun Rəyasət Heyətinin növbəti iclasında məlumat verib.

Onun sözlərinə görə, AMEA Rəyasət Heyətinin iyulun 12-də keçirilən iclasında İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurası yaradılıb və Şuraya İraq-Türkman tarixi, dili, ədəbiyyatı, mədəniyyəti, etnoqrafiyası və folkloru ilə bağlı araşdırmaların əlaqələndirilməsi və sistemli koordinasiyası istiqamətində tədbirlərin həyata keçirilməsi tapşırılıb: “Həmin qərarda İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasına AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin elmi tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla İraq Respublikasında yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair AMEA-nın tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıq verilib. Şura üzvlərinin rəy və təkliflərinə əsasən, tədbirlər planının layihəsi hazırlanıb”.

İ.Həbibbəyli həmçinin İraqın 7 universitetində Türkologiya fakültəsinin fəaliyyət göstərdiyini və həmin fakültələrin Azərbaycan dili, lüğəti, ədəbiyyatı, tarixi, folkloru, arxeologiyası ilə bağlı elmi ədəbiyyata ehtiyacları olduğunu söyləyib, ali təhsil müəssisələrinin nəşr ehtiyacını ödəmək üçün AMEA-nın elmi müəssisə və təşkilatlarından kitabların toplanaraq göndəriləcəyini vurğulayıb.

Qeyd edək ki, iclasda İraqda yaşayan türkmanlarla tarixi, mədəni və humanitar sahələrdə əlaqələrin genişləndirilməsinə dair tədbirlər planı təsdiqlənib.

Əvvəlki Yazı

Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara növbəti dəfə ödəniş etməyə başlayıb

Növbəti Yazı

Ermənistan və Azərbaycanın baş nazirləri Gürcüstanda görüş keçirib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.