İyun 21, 2025-4:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan istehlakçı hüquqları üzrə Mentorluq Proqramına qoşulub

2025:04:01 - 14:01
in İQTİSADİYYAT
A A

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İstehlakçı Hüquqlarının Müdafiəsi və Mühafizəsi üzrə Beynəlxalq Şəbəkənin (ICPEN) Mentorluq Proqramına qoşulub.

“Report” quruma istinadən xəbər verir ki, proqramın məqsədi təşkilatın üzvləri və tərəfdaşları arasında təcrübə mübadiləsini təmin etmək və qurumlararası ünsiyyəti asanlaşdırmaqdırmaqdır.

Mentorluq Proqramı çərçivəsində Dövlət Agentliyi və Türkiyənin Ticarət Nazirliyinin İstehlakçıların Müdafiəsi və Bazara Nəzarət Baş İdarəsi nümayəndələrinin iştirakı ilə “İstehlakçı hüquqlarının müdafiəsi istiqamətində daxil olan şikayətlər” mövzusunda onlayn formatda ilk seminar təşkil edilib. Seminarda hər iki qurumun istehlakçı hüquqlarının müdafiəsi sahəsində mövcud təcrübəsinə və fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib, qarşılıqlı əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlığın gücləndirilməsi istehlakçıların hüquqlarının daha effektiv şəkildə qorunmasına, bu sahədə ən yaxşı təcrübələrin paylaşılmasına şərait yaradacaq.

Mentorluq Proqramı çərçivəsində daha üç vebinar və iki işgüzar səfər nəzərdə tutulub. İşgüzar səfərlər istehlakçıların hüquqlarının müdafiəsi üzrə tənzimləyici orqanlar arasında əməkdaşlıq, müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı, istehlak bazarının araşdırılması metodları, reklam fəaliyyətinə nəzarət vasitələri kimi mövzuları əhatə edəcək.

Azərbaycan 2006-cı ildən ICPEN-in üzvdür və təşkilatda Dövlət Agentliyi vasitəsilə təmsil olunur.

Əvvəlki Yazı

Valideynlərini itirmiş şəxslərə 2 min 600 manat məbləğində birdəfəlik müavinət ödəniləcək

Növbəti Yazı

Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsi birinci oxunuşdan keçdi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.