May 10, 2025-3:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan İstiqlal Muzeyində qazilərlə görüş təşkil olunub

2023:10:19 - 15:32
in SOSİAL
A A

Azərbaycan İstiqlal Muzeyinin “Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün” adlı layihəsi çərçivəsində qazilərlə görüş keçirilib.

Muzeydən AZƏRTAC-a verilən məlumata görə, Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbirdə bu günün tarixi əhəmiyyətindən danışılıb. Bildirilib ki, məhz həmin gün Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz dövlətçiliyinin varlığını bəşəriyyətə bəyan edib.

Sonra tədbir iştirakçıları Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyası ilə tanış olublar.

Tədbirdə çıxış edən qazilər sarsılmaz birliyə malik olan xalqımızın milli müstəqilliyinin bərpa olunmasından 32 il keçdiyini vurğulayıblar. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən, şanlı tarix yazan Vətən oğullarımızın qəhrəmanlığından, misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən bəhs edilib.

Daha sonra tədbirdə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin istedadlı, fəal uşaqları vətənpərvərlik mövzusunda musiqi nömrələri və Xalq artisti Munis Şərifovun rəhbərlik etdiyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının müşayəti ilə konsert proqramı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Reabilitasiya Mərkəzində müalicə alan qaziləri , Xətai rayonu 7 nömrəli tam orta məktəblərin şagirdləri və İRƏLİ İctimai Birliyinin könüllüləri iştirak ediblər.

Əvvəlki Yazı

Elnur Soltanov: “Qarabağda bütün elektrik enerjisi yaşıl mənbəli olacaq”

Növbəti Yazı

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.