Sentyabr 14, 2025-21:46
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Londonda keçirilmiş “İnnovasiya 2024” tədbirində təmsil olunub

2024:03:21 - 11:04
in İQTİSADİYYAT
A A

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov martın 19-20-də Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Qlobal Hökumət Forumunun (“Global Government Forum”) “İnnovasiya 2024” tədbirində iştirak edib.

“Report” bu barədə 4SİM-ə istinadən xəbər verir.

Məlumata görə, o, “Süni İntellekt və maşın öyrənməsində innovasiya” sessiyasına spiker qismində qatılıb, “Dövlət sektorunu süniintellekt üçün necə hazırlamaq olar?” mövzusunda təqdimatla çıxış edib.

F.Cəfərov bildirib ki, qlobal miqyasda dövlət sektorunu Süni İntellekt dövrünə hazırlamaqdan ötrü 5 əsas məqsəd üzrə fəaliyyət tələb olunur: təhsil və işçi qüvvəsinin inkişafı, tədqiqat və innovasiya, tənzimləyici çərçivə və etik məsələlər, infrastruktur və dataların idarə olunması, beynəlxalq əməkdaşlıq.

Daha sonra Azərbaycanda dövlət xidmətləri sahəsində aparılan islahatlar, vətəndaşlara təqdim olunan xidmətlər, o cümlədən ASAN xidmət mərkəzlərinin fəaliyyəti, elektron və rəqəmsal hökumət sahəsində görülən işlər, təqdim olunan rəqəmsal həllər, yanaşmalar və uğurlu təcrübələr paylaşılıb. Hazırda ölkənin 2030-cu ilə qədər olan dövrü əhatə edən rəqəmsal iqtisadiyyat strategiyasının hazırlandığı qeyd olunub və bu strategiya çərçivəsində icra olunması planlaşdırılan təcrübə və təşəbbüslər, eləcə də hazırda mərkəz tərəfindən süni intellekt sahəsində icra edilməkdə olan layihələr barədə məlumat verilib.

Böyük Britaniya Hökuməti, Böyük Britaniya Dövlət Xidməti və Nazirlər Kabinetinin birgə ev sahibliyi etdiyi Qlobal Hökumət Forumu sərgi-konfransı dünyanın hər yerindən dövlət sektoru təşkilatlarının və xidmətlərinin transformasiyası və sürətləndirilməsinə cavabdeh olan hökumət liderlərini, qabaqcıl texnologiya və məsləhət şirkətlərini bir araya gətirən unikal tədbirdir. Bu il tədbirə 70 ölkədən 4000 nəfərdən çox iştirakçı qatılıb.

Tədbirdə innovasiya ekosisteminin dayanıqlı və şəffaf inkişafında dövlət və özəl sektorlarının rolu və öhdəlikləri, bu istiqamətdə qarşıya çıxan çağırış və uğurlu təcrübələrin mübadiləsinə dair müzakirələr yer alıb.

Əvvəlki Yazı

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Növbəti Yazı

Goranboyda fermanı qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.