İyun 18, 2025-18:57
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan mədəniyyəti Niderlandda “Mədəni müxtəliflik” bayramında təqdim olunub

2024:07:16 - 11:20
in MƏDƏNİYYƏT
A A

Niderland Krallığının Almere şəhərində beynəlxalq məktəbdə “Mədəni müxtəliflik” bayramı təntənəli şəkildə qeyd edilib. Beynəlxalq məktəbin müxtəlif xalqlardan olan şagird və müəllimləri milli mədəniyyətlərini təqdim ediblər. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan da təmsil olunub. “Mədəni müxtəliflik” bayramında bu məktəbdə çalışan azərbaycanlı müəllimlər- Nəzakət Rəhimli və Natella Mehdiyevanın təşəbbüsü və “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının dəstəyi ilə Azərbaycan milli stendi təşkil olunub. Milli stendimizdə ölkəmizin tarixi və mədəniyyətindən bəhs edən kitablar, milli musiqi alətləri və milli geyim nümayiş olunub.Ziyarətçilərə ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat verilib. Tədbir çərçivəsində iştirakçı ölkələrdən olan şagirdlər milli geyimdə ölkələrinin rəqslərini, musiqisini təqdim ediblər. Həmçinin ziyarətçilər tədbir çərçivəsində digər ölkələrlə yanaşı Azərbaycan milli mətbəxinin təamlarını dadıblar.Azərbaycan stendi, eləcə də mətbəxi ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Tədbirin təşkilatçısı Jose Zuniga “Mədəni müxtəliflik” bayramı ilə bağlı fikirlərini bölüşərək bildirib ki, müxtəlif mədəniyyətlərin belə nümayişi milli mədəniyyətləri qarşılıqlı tanınmasına, eləcə də müxtəlif mədəniyyətlərə hörmətlə yanaşmaya töhfə verir. Belə tədbirlər şagirdlərin dünya görüşünün formalaşmasına imkan yaradır və onları qlobal vətəndaş olmağa hazırlayır. Şagirdlər və valideynlər tədbirdən məmnun olduqlarını bildiriblər.Müxtəlif xalqların mədəniyyətlərinin təqdimatı ilə davam edən tədbir məktəblərdə mədəni müxtəlifliyin və inklüzivliyin nə qədər əhəmiyyətli olduğunu bir daha əyani şəkildə göstərib.

Əvvəlki Yazı

Bağçalara ərizələrin onlayn qeydiyyatı prosesinə başlanılır

Növbəti Yazı

Bahar Muradova: Media nümayəndələri ailə məsələləri və uşaq hüquqlarına xüsusi önəm verməlidir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.