Avqust 22, 2025-8:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi qeyd olunacaq

2024:12:05 - 15:37
in SOSİAL
A A

Dekabrın 10-da Elm və Təhsil Nazirliyinin akademik mətbu orqanı olan elmi-nəzəri, pedaqoji “Azərbaycan məktəbi” jurnalının 100 illik yubileyi münasibətilə tədbir keçiriləcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə nazirliyin rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar, təhsil işçiləri və digər qonaqların iştirakı nəzərdə tutulur.

Tədbirin təşkilində məqsəd artıq 100-cü ildir ki nəşr edilən jurnalın təhsil sisteminin yeniləşməsində, təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində, mütərəqqi tədris metod və formalarının təbliğində, qabaqcıl təcrübənin öyrənilib yayılmasında, görkəmli alimlərin fikir və ideyalarının cəmiyyətə təqdim olunmasında, elmi, pedaqoji təfəkkürün formalaşmasında əhəmiyyətli və tarixi roluna diqqət çəkməkdir.

Qeyd edək ki, Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını izləyən jurnal genişmiqyaslı islahatların nəticələrinin elmi mahiyyətini, beynəlxalq təcrübənin tətbiqi imkanlarını işıqlandıran zəngin tədqiqat faktlarını əhatə edir. Bəkir Çobanzadə, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Mirzə İbrahimov, Mehdi Mehdizadə, Əbdül Əlizadə və Azərbaycanın elmi-ictimai fikrinin digər tanınmış simaları vaxtilə jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin elmi fikirlərini, pedaqoji təcrübələrini məhz bu jurnal vasitəsilə oxuculara çatdırıblar.

Hazırda bir sıra indikatorlara əsasən müxtəlif indekslərə sahib olan jurnal daha çox istinad mənbəyinə çevrilmək yolunda irəliləyir və tədqiqatçıların müasir yanaşmalarının yayılmasında xüsusi rol oynayır.

Əvvəlki Yazı

Sədr: İndiyədək 750-dək gənc KOBİA-da könüllülük fəaliyyətinə cəlb olunub

Növbəti Yazı

“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının 55 illiyi qeyd ediləcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.