Avqust 22, 2025-22:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Azərbaycan məktəbliləri İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalında iştirak

2024:06:03 - 15:33
in MƏDƏNİYYƏT
A A

İyunun 3-də İstanbulda 24-cü Türk Dünyası Uşaq Festivalı başlayıb.AZƏRTAC xəbər verir ki, Türk Dünyası Araşdırmaları Vəqfi tərəfindən keçirilən festivalda Türkiyə ilə yanaşı, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və bir sıra türkdilli ölkələrdən ümumilikdə 21 qrupda 250-dək yeniyetmə və 40-a yaxın müəllim iştirak edir. Festival bu gün səhər saatlarında yürüşlə başlayıb. Milli geyimli uşaqlar və onları müşayiət edənlər İstanbulun Taksim bölgəsində yerləşən Respublika meydanında Atatürkün abidəsi önünə güllər düzüblər. Türkiyənin Dövlət Himni oxunduqdan sonra türkdilli ölkələrə məxsus rəqslər və digər mədəniyyət nümunələri təqdim olunub.Festivalın əsas məqsədi türkdilli uşaqların Türkiyəni yaxından tanımalarına vəsilə olmaq, eləcə də onları dünyanın müxtəlif bölgələrində yaşayan soydaşları ilə bir araya gətirərək ortaq mədəniyyətlə tanış etmək və dostluq-qardaşlıq bağlarını gücləndirməkdir. Bu məqsədlə festival çərçivəsində ortaq mədəni irsimiz və tariximizin tanıdılması istiqamətində bir sıra tədbirlər keçiriləcək. Hər ölkənin milli geyimləri, musiqisi, xalq rəqsləri və oyunları nümayiş etdiriləcək, uşaqlar arasında müxtəlif yarışlar təşkil olunacaq.İyunun 5-də keçiriləcək tədbirdə Azərbaycanın Əməkdar artisti, dirijor, bəstəkar və pianoçu Turan Manafzadənin Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü münasibətilə bəstələdiyi marş səsləndiriləcək. Tədbirdə iştirak edəcək bəstəkarın təşəbbüsü ilə hazırlanaraq satışa çıxarılan xüsusi köynəklər ictimaiyyətə təqdim olunacaq.Bununla bağlı AZƏRTAC-a müsahibə verən Turan Manafzadə köynəklərin hazırlanmasının festivala töhfə verəcəyinə inamını ifadə edib. Bəstəkar deyib: “Mənim dizaynım əsasında az sayda hazırlanan bu köynəklərin satışı xeyirxahlıq məqsədi daşıyır. Köynəklərin satışından əldə edilən gəlir ötən il Türkiyədə baş vermis zəlzələdən təsirlənən uşaqlara və şəhid övladlarına sərf olunacaq. Bu köynəkləri alaraq bizə dəstək göstərən hər kəsə minnətdaram”.İyunun 6-dək davam edəcək festivalın son günü “15-ci Türk Dünyası Uşaq Səs Yarışması”na qatılanlara mükafatlar veriləcək. Festival çərçivəsində İstanbul Universitetinin doktorantı, “TRT Türkü” radiosunda yayımlanan “Azərbaycan rüzgarı” proqramının müəllifi və aparıcısı, həmyerlimiz Səidə Ömərin təqdimatında mədəni tədbirlər təşkil olunacaq.

Əvvəlki Yazı

Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Növbəti Yazı

KOB subyektləri üçün 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.