İyun 2, 2025-17:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan Malayziya ilə turizm sektorunda əməkdaşlığını genişləndirə bilər

2023:10:26 - 15:08
in İQTİSADİYYAT
A A

Azərbaycan və Malayziya arasında turizm sektorunda əməkdaşlıq genişləndirilə bilər.

“Report” bu barədə “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinə istinadən xəbər verir.

Məlumata görə, qarşılıqlı turist səfərlərinin sayının artırılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri Assosiasiyanın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Malayziya səfirliyinin müvəqqəti işlər müdiri Mardiana Muhammed Ruhani və “Air Arabia” şirkətinin Bakı nümayəndəsi Zöhrab Əliyev arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə Assosiasiyanın fəaliyyəti, ölkənin turizm sənayesinin inkişafında rolu, üzvlərinin sayı haqqında ətraflı məlumat verən G.Qəhrəmanov zəngin təbiəti və rəngarəng memarlıq nümunələri ilə dünya turizmində xüsusi çəkisi olan Malayziya istiqamətinin son illər Azərbaycanda da məhşurlaşdığını qeyd edib. Məsafənin uzaqlığını nəzərə alaraq həm iki ölkənin turizm şirkətləri, həm də turistləri üçün səmərəli layihələrin hazırlanamsının vacibliyinə toxunan sədr Malayziya ilə yanaşı gələckdə yaxın istiqamətlər üzrə də kombo turların yaradılmasının, eləcə də komplektləşdirilmiş turpaketlərin hazırlanmasının hər iki ölkə üçün əhəmiyyətli ola biləcəyini bildirib. Rəhbərlik etdiyi qurumun hər zaman yeni istiqamətlərin açılmasına maraq göstərdiyini deyən G.Qəhrəmanov Malayziyanın turizm təşkilatları ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.

Azərbaycanın geniş turizm potensialının və zəngin qonaqpərvərlik mədəniyyətinin olduğunu deyən müvəqqəti işlər müdiri ölkəsinin qarşılıqlı turizm əlqələrinin genişləndirilməsinə böyük önəm verdiyini bildirib. O, Malayziyanın Azərbaycanla turizm sahəsində öz təcrübələrini bölüşməyə hazır olduğunu diqqətə çatdırıb.

Müzakirələr çərçivəsində birgə iş birliyinin yaradılması, turizm istiqamətlərinin və məhsullarının qarşılıqlı təşviqi, tanıtım məqsədli infoturların təşkili, həmçinin “Air Arabia” və digər aviaşirkətlər üzərindən uşuşların sayınına artırırılması, üzv şirkətlərlə B2B formatlı görüşlərin keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi üzrə qeydiyyat elan edilib

Növbəti Yazı

Sumqayıt quruculuğuna görə Ulu Öndərə, müasir inkişafına görə isə Prezident İlham Əliyevə borcludur – Deputat

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.