Avqust 25, 2025-20:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” nəşr edilib

2025:08:13 - 17:05
in SOSİAL
A A

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik, “Elm” nəşriyyatının isə 100 illik yubileylərinə həsr olunmuş “Azərbaycan Milli Elmlər Akademiyası: biblioqrafiyaların biblioqrafiyası” çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, “Elm” nəşriyyatı tərəfindən çap edilən bu kitab Azərbaycanda biblioqrafiyalaşdırma praktikasında sahəvi biblioqrafik vəsaitlərin biblioqrafik göstəricisinin hazırlanması istiqamətində ilk təşəbbüsdür. Biblioqrafiyanın elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, tərtibçisi “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlidir.

Nəşr AMEA Rəyasət Heyətinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planı çərçivəsində hazırlanıb. Kitabda ötən əsrin ortalarından indiyədək işıq üzü görmüş AMEA-nın həqiqi və müxbir üzvlərinə həsr olunmuş biblioqrafik vəsaitlər barədə məlumatlar sistemli şəkildə toplanıb. Göstəricidə materiallar xronoloji ardıcıllıqla, onun daxilində isə şəxsi göstəricilərin adları əlifba sırası ilə təqdim edilib, istifadəni asanlaşdırmaq üçün soraq-axtarış aparatı tərtib olunub. Nəşrin əsas məqsədi elmi biblioqrafiyadan səmərəli istifadəyə şərait yaratmaq, ölkədə biblioqrafik repertuarın formalaşmasına töhfə verməkdir.

Kitab elmi tədqiqatçılar, kitabxanaçılar, biblioqraflar, eləcə də elm tariximizlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 

Əvvəlki Yazı

ABŞ Avropanın Çinə əlavə rüsumlar tətbiq etməyə hazır olduğuna əmin deyil

Növbəti Yazı

Tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.