Ermənistan tərəfindən iki azyaşlının azaraq Azərbaycan ərazisinə keçməsi barədə yayılan məlumatlar araşdırılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
***
12:56
“Ermənistanın Sünik rayonunun (Qərbi Zəngəzur – red.) iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib”.
İddiaya görə, Sünik rayonunun Teq kəndinin (Dığ) sakinləri Karen Armen Cangiryan (27.06.2007-ci il təvəllüdlü) və Andrey Armen Qyaqunts (13.01.2008-ci il təvəllüdlü) yolu azaraq Azərbaycan ərazisinə keçib.
Ermənistan MTX qeyd edib ki, vətəndaşların yerinin müəyyən edilməsi üçün tədbirlər görülür.