“Report” xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bəyanata qeyd olunub.
Bildirilib ki, bu cür əməllər regional sülh və təhlükəsizlik üçün ciddi təhdid yaradır və qəbuledilməzdir:
“Biz qardaş Türkiyə ilə tam həmrəyliyimizi ifadə edirik. Türkiyə əhalisinin və ərazisinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərinə dəstək veririk.
Azərbaycan Türkiyənin yanında qətiyyətlə dayanır”, – deyə MN-in bəyanatında vurğulanıb.
Qeyd edək ki, İrandan atılaraq Türkiyə hava məkanına daxil olan ballistik raket Şərqi Aralıq dənizində yerləşən NATO hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
