İyul 13, 2025-0:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti BTİ Şurasının illik sessiyasında iştirak edir

2025:06:18 - 14:47
in İQTİSADİYYAT
A A

Azərbaycan bu gün İsveçrənin Cenevrə şəhərində işə başlamış Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyasında iştirak edib.

“Report” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanı sessiyada ölkəmizin Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin təmsilçilərindən ibarət heyət təmsil edir.

Təşkilatın idarəedici orqanı olan Şura BTİ-nin fəaliyyətinin əlaqələndirilməsinə, müvafiq konvensiyaların tətbiqinə, o cümlədən təşkilatın büdcəsinə və maliyyə resurslarına nəzarəti həyata keçirir. Azərbaycan 26 sentyabr – 14 oktyabr 2022-ci ildə Buxarest şəhərində BTİ-nin Səlahiyyətli Konfransında Şuraya üzv seçilib və bu orqanda Şurada təmsil olunan 48 ölkədən biri olub.

Sessiya çərçivəsində BTİ-nin İKT sahəsində qlobal siyasətin strateji aspektləri və müasir çağırışlara cavab imkanları müzakirə edilir, təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılır.

Tədbirdə, həmçinin 17-28 noyabr 2025-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC) hazırlıq prosesi diqqət mərkəzindədir. Sessiyanın ilk günü bu mövzu üzrə BTİ Telekommunikasiyanın İnkişafı Bürosunun hesabatı dinlənilib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov hazırlıq prosesinə dair təqdimatla çıxış edib.

O, Bakı şəhərinin “WTDC-2025”ə ev sahibliyinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib və Azərbaycanın hamı üçün əlçatan, bərabər imkanlara əsaslanan rəqəmsal inkişafın təşviqinə, texnologiya vasitəsilə qlobal əməkdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayıb.

“BTİ-nin fəaliyyət təqvimində mühüm yer tutan bu konfrans qlobal telekommunikasiya inkişafının gələcəyini formalaşdırmaq və ortaq rəqəmsal məqsədlərimizi irəli aparmaq baxımından əhəmiyyətli platforma olacaq”, – deyə Saməddin Əsədov bildirib.

Nazir müavini tədbir çərçivəsində BTİ-in Baş katibi Dorin Boqdan Martin, Telekommunikasiyanın İnkişafı Bürosunun direktoru Kosmas Zavazava ilə də görüşüb. Görüşlərdə BTİ ilə əməkdaşlığın genişləndirilməsi imkanları və “WTDC-2025”ə hazırlıq prosesi müzakirə edilib.

Səudiyyə Ərəbistanı və Polşa nümayəndələri ilə keçirilən görüşlərdə isə rəqəmsal inkişaf üzrə ikitərəfli əməkdaşlıq və BTİ çərçivəsində tərəfdaşlıq perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Sessiya iyunun 27-nə qədər davam edəcək.

Əvvəlki Yazı

Sabah Bakıda 28, rayonlarda 34 dərəcə isti olacaq

Növbəti Yazı

Xamenei: ABŞ İranla hərbi münaqişəyə girərsə, itkilər verəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.