İyul 25, 2025-7:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan nümayəndə heyəti İƏT-in Turizm nazirlərinin 6-cı iclasında iştirak edib

2025:04:28 - 15:44
in İQTİSADİYYAT
A A

Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksəksəviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, turizm nazirlərinin 6-cı iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirləri barədə məlumat verib. Həmçinin Fuad Nağıyev Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı” seçilməsi çərçivəsində planlaşdırılan işlərdən danışıb.

İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.

Səfər çərçivəsində Fuad Nağıyev və Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub.

Fuad Nağıyev öz növbəsində Mehmet Nuri Ersoyu iyunun 4-6-da Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası”nda iştiraka dəvət edib.

Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib.

Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri “Ağıllı dünyada ədalətli gələcək: ağıllı iqtisadiyyatlar və qlobal bərabərsizlik” mövzusunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və bir çox nazirin iştirakı ilə keçirilən Palandökən İqtisadi Forumunun açılış mərasimində və panel sessiyalarda iştirak ediblər.

Əvvəlki Yazı

Prezident İlham Əliyev: İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür

Növbəti Yazı

Azərbaycan Prezidenti: Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflər üçün böyük səmərə gətirəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.