Avqust 21, 2025-19:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” Beynəlxalq İqtisadi Forumunda iştirak edib

2025:05:19 - 12:15
in SİYASƏT
A A

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti “Rusiya-İslam dünyası: Kazan Forum-2025” XVI Beynəlxalq İqtisadi Forumunda iştirak edib.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, builki forum “Rəqəmsallaşma: yeni reallıq və əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar” mövzusuna həsr olunub. Kazan Forumunun müxtəlif platformalarında beynəlxalq tərəfdaşlıq, maliyyə və investisiyalar, nəqliyyat logistikası, turizm, təhsil, tibb sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.

Azərbaycan Baş nazirinin müavini plenar iclasda iştirak edib və Azərbaycanda rəqəmsallaşmanın inkişafı, ölkədə bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində Şahin Mustafayev yüksəkvəzifəli rəsmi şəxslərlə bir sıra ikitərəfli görüşlər keçirib. Rusiya Baş nazirinin müavini Aleksey Overçuk, Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Özbəkistan Baş nazirinin müavini Cəmşid Xocayev, həmçinin “DP World” şirkətlər qrupunun sədri və baş icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə danışıqlar aparılıb.

Görüşlərdə ölkələr arasında iqtisadi əməkdaşlığın perspektivləri, o cümlədən ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafı, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, regional qurumlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Ticarət, investisiya və rəqəmsal texnologiyalar sahələrində birgə təşəbbüslərə xüsusi diqqət yetirilib.

Nümayəndə heyəti Forum çərçivəsində məhsul və xidmətlər sahəsində milli nailiyyətlərin nümayiş etdirildiyi “Russia Halal Expo” beynəlxalq sərgisində təqdim olunan Azərbaycan stendinə də baş çəkib.

Əvvəlki Yazı

İtalyan pianoçu ilə ustad dərsi

Növbəti Yazı

MAXE olmaq istəyənlərlə görüş keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.