Avqust 1, 2025-21:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

“Azərbaycan-Pakistan əlaqələri tarixin sınağında” – dəyirmi masa

2024:03:11 - 17:51
in SOSİAL
A A

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda “23 mart – Pakistan günü”nə həsr olunmuş “Azərbaycan-Pakistan əlaqələri tarixin sınağında” mövzusunda dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun direktoru professor İlham Məmmədzadə çıxış edərək Pakistanla elmi əlaqələrin genişlənməsinə böyük əhəmiyyət verildiyini diqqətə çatdırıb və Azərbaycan alimlərinin bu ölkənin elmi cəmiyyəti və jurnalları ilə əlaqələrindən, birgə elmi-tədqiqat layihələrindən danışıb.

“Hər iki dövlətin elm və təhsil sahələrində əməkdaşlıq imkanlarının reallaşması əlaqələrin inkişaf prosesini daha da gücləndirən amillərdən biridir”, – deyə professor qeyd edib.

İnstitutun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Azərbaycan və Pakistanın tarixi dövlətçilik ənənələri və qarşılıqlı münasibətlər” mövzusunda çıxış edib. O, Azərbaycanla Pakistan arasında tarixən sıx dostluq əlaqələri olduğunu, bu əlaqələrin daha da gücləndiyini, münasibətlərin inkişaf etdiyini, bu gün də siyasi, iqtisadi, mədəni, hərbi, ticarət və digər sahələrdə yüksələn xətlə davam etdiyini vurğulayaraq beynəlxalq arenada da ölkələrimizin eyni maraqlardan çıxış edərək bir-birini dəstəklədiyini bildirib.

Azərbaycanla Pakistan arasında bərqərar olmuş və get-gedə güclənən qardaşlıq əlaqələri Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə və uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilib.

Tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye institutun rəhbərliyinə dəvət üçün öz təşəkkürünü bildirərək hər kəsi Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Səfir “Pakistan-Azərbaycan: diplomatik əlaqələrdən dostluq və qardaşlıq münasibətlərinə” mövzusunda çıxış edib. O, Pakistan-Azərbaycan münasibətlərinin hələ ötən əsrlərdən inkişaf etməyə başladığını, tarixi əsaslara söykənən bu əlaqələrin son 30 il ərzində böyük inkişaf mərhələsindən keçdiyini və bundan məmnunluğunu bildirib, iki ölkənin müasir dövrdə üzləşdiyi geosiyasi problemlərdən, Azərbaycanın 44 günlük Vətən müharibəsindən və postmünaqişə dövründən ətraflı bəhs edib. Səfir bundan sonra da iki dost ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.

Digər çıxış edənlər də Azərbaycan-Pakistan münasibətləri ilə bağlı fikirlərini bölüşüblər.

Dəyirmi masa sual və müzakirələrlə başa çatıb.

Əvvəlki Yazı

İqtisadiyyat nazirinin vətəndaşlarla görüş vaxtı dəyişdirilib

Növbəti Yazı

Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.