İyun 15, 2025-20:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Azərbaycan-Pakistan birgə hərbi təlimləri və əməkdaşlığı müzakirə edilib

2024:05:31 - 10:12
in SİYASƏT
A A

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunlarının Qərargah rəisi, general Asim Munirlə görüşüb.

“Report” xəbər verir ki, Ceyhun Bayramov bu barədə “X”dəki səhifəsində yazıb.

“Qardaş Pakistan Ordusunun Baş Qərargah rəisi general Asim Munir ilə çox məzmunlu söhbət apardıq. Azərbaycan-Pakistan münasibətləri, o cümlədən birgə hərbi təlimlər və əməkdaşlıq haqqında ətraflı danışdıq”, – Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri qeyd edib.

Azərbaycan XİN isə “X”dəki səhifəsində bildirib ki, tərəflər regional təhlükəsizlik sahəsində vəziyyəti və müdafiə sektorunda əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın xarici işlər naziri Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb. Görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.

Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Əvvəlki Yazı

Dini Komitənin sədri İstanbul müftisi ilə görüşüb

Növbəti Yazı

Azərbaycan Yekaterinburqda beynəlxalq sənaye sərgisində iştirak edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.