Avqust 16, 2025-17:10
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Azərbaycan Parisdə keçirilən beynəlxalq tədbirdə xüsusi sertifikata layiq görülüb

2024:05:30 - 14:41
in SOSİAL
A A

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Nümayəndələri Assambleyasının Paris şəhərində keçirilən 91-ci Ali Baş Sessiyasında ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması statusunun rəsmiləşdirilməsi elan olunub və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyətinə bununla bağlı xüsusi sertifikat təqdim edilib.

Bu barədə “Report”a AQTA-dan məlumat verilib.

Təşkilatın Elm Komissiyasının rəhbəri ölkəmizin ÜHST-nin prosedur qaydalarına uyğun təqdim edilən Hesabatına baxıldığını və xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə tələblərə cavab verdiyini bildirib.

Daha sonra səsvermə yolu ilə Hesabat təsdiq olunub. Beləliklə, təşkilat tərəfindən ölkəmizin xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olması barədə statusunun rəsmiləşdirilməsi beynəlxalq səviyyədə elan olunub.

Sessiyada həmçinin vurğulanıb ki, Azərbaycan regionda xırdabuynuzlu heyvanların taun xəstəliyindən azad olma statusu almış yeganə ölkədir. ÜHST-nin rəhbərliyi ölkəmizin bu sahədə təcrübəsinin digər ölkələrlə də bölüşdürüləcəyi və Azərbaycanın bu sahədə liderlik edəcəyini qeyd edib.

Qeyd edək ki, sözügedən xəstəlikdən azadolma statusunun təsdiq olunması, ilk növbədə, beynəlxalq çağırışa qoşulmaqla ÜHST tərəfindən ölkəmizin baytarlıq sisteminə olan yüksək etibarının təzahürüdür ki, bu da digər xüsusi təhlükəli heyvan xəstəlikləri üzrə analoji yanaşmanın tətbiq edilməsinə şərait yaradır. Digər tərəfdən xəstəlikdən azadolma statusu xırdabuynuzlu heyvanların və onlara aid məhsulların ixracı, habelə ölkəmizin ərazisindən keçməklə tranzit daşınması imkanlarını daha da genişləndirəcək.

Əvvəlki Yazı

İran İsrailin zərbəyə görə qisas almamaq üçün güzəştə getməyə hazır olduğunu bildirib

Növbəti Yazı

Estoniya prezidenti Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini imzalayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.