İyun 19, 2025-19:50
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrləri ilə görüş keçirilib

2024:04:12 - 16:56
in İQTİSADİYYAT
A A

Aprelin 12-də Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov Azərbaycan – Qırğızıstan İnkişaf Fondunun mənzil-qərargahında olub. O, fondun Azərbaycan tərəfindən həmsədri İqbal Babayev və Qırğızıstan tərəfindən həmsədri Almaz Mambetovla görüşüb.

Bu barədə AZƏRTAC-a Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondundan məlumat verilib.

Bildirilib ki, görüşdə Qırğızıstan-Azərbaycan əlaqələrində Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun daha geniş rol oynayacağı haqqında fikir mübadiləsi aparılıb. Həmçinin Qırğızıstanda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təbliğı çərçivəsində aparılan genişmiqyaslı tədbirlər barədə Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə məlumat verilib.

Görüş zamanı Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə nəşr edilən, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş 8 kitab və Azərbaycan tarixini özündə əks etdirən bir neçə kitab Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun həmsədrlərinə hədiyyə edilib.

Qeyd edək ki, Azərbaycan bütün türk dövlətləri ilə olduğu kimi, Qırğızıstanla da əlaqələrin inkişafına önəm verir. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu bu istiqamətdə səmərəli platformadır. Fond Azərbaycan və Qırğızıstanın biznes qurumlarının birgə fəaliyyətinə dəstək göstərməklə ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xidmət edir. Bu platforma çərçivəsində Azərbaycan və Qırğızıstan sahibkarlıq subyektlərinin aqrar-sənaye kompleksi, energetika, bağçılıq, tekstil, turizm və digər sahələr üzrə prioritet layihələri maliyyələşdirilir.

Əvvəlki Yazı

Azərbaycan və Tacikistan XİN başçıları görüşüb – YENİLƏNİB

Növbəti Yazı

Elə insanlar var ki, bu dünyadan gedəndən sonra onları kimsə əvəz edə bilmir. Murad da belə insanlardan biri idi…

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.